Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gənc ÇL-in tarixinə necə düşdü?

Bu gənc ÇL-in tarixinə necə düşdü?

Tarix: 10 Dekabr 2025 10:28

"Bavariya"nın yarımmüdafiəçisi Lennart Karl Çempionlar Liqasında rekorda imza atıb.

QOL.az "Opta"ya istinadən xəbər verir ki, almaniyalı oyunçu turnirdə ardıcıl üç matçda qol vuran ən gənc futbolçu olub.

Ötən gecə "Sportinq"lə görüşdə (3:1) rəqib qapsına yol tapan 17 yaşlı futbolçu "Brugge" və  "Arsenal"la oyunların da hərəsində 1 qol vuraraq 1992/93 mövsümündən bəri bu nailiyyətə imza atan ən gənc futbolçu olub.

Karl üçüncü qolunu vuranda 17 yaş 290 günlük olub.

Qeyd edək ki, Lennart Karl bu mövsüm "Bavariya"da ümumilikdə 21 oyuna 5 qol vurub, 2 qol ötürməsi edib.


Etiketlər:  gənc tarixinə necə düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ