Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2025 13:10
AFFA Regon Liqasında mübarizə aparan "Ağsu Siti" və "Lokomotiv Bakı"nı texniki məğlubiyyətlə cəzalandırıb.
QOL.az xəbər verir ki, qurumun İntizam Komitəsinin bugünkü iclasında belə qərar qəbul edilib.
6 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilməli olan "Ağsu Siti" - "Olimpik Sabirabad" oyunu "Ağsu Siti"nin təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
Həmçinin "Lokomotiv Bakı" - "Kristal" matçı ev sahibi komanda tərəfindən təhlükəsizlik (polis) təmin edilmədiyinə görə keçirilməyib. Bu səbəbdən də "Lokomotiv" 0:3 hesablı texniki məğlubiyyət alıb.