Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qvardiola ''Real''la bugünkü oyun haqda

Qvardiola ''Real''la bugünkü oyun haqda

Tarix: 10 Dekabr 2025 13:52

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda "Real"a qarşı səfərdə keçirəcəkləri matç haqqında danışıb.

QOL.az klubun saytına istinadən xəbər verir ki, mütəxəssis "Santyaqo Bernabeu"da nəyə qadir olduqlarını göstərmək istədiklərini deyib: 

"Son 10 illik tariximizin ən böyük oyunçuları Kevin de Brüyne, Kayl Uolker, İlkay Gündoğan, Con Stons indi burada deyillər. Keçmişin futbolçularmızla birlikdə eyni hissləri yaşamaq istəyən çoxlu yeni oyunçularımız var. Onlar bilmək istəyirlər ki, bu futbolçuların etdiklərini edə bilərlər.

"Santyaqo Bernabeu" özümüzü sübut etmək və bir komanda olaraq nəyə dəyər olduğumuzu göstərmək üçün yaxşı yerdir".

Qeyd edək ki, bu gün keçiriləcək "Real" - "Mançester Siti" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Etiketlər:  Qvardiola Realla bugünkü oyun haqda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ