Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2025 13:16
"Barselona"nın gənc futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqasının tarixində 18 və daha aşağı yaş kateqoriyasında ən məhsuldar oyunçu adını qazanıb.
Sonxeber.net-ın məlumatına görə, istedadlı hücumçu turnirin əsas mərhələsinin VI turunda Almaniyanın "Ayntraxt Frankfurt" komandasına qarşı keçirilən qarşılaşmada (2:1) komanda yoldaşına qol ötürməsi verərək növbəti dəfə fərqlənib.
Bu ötürmə ilə Yamal cari mövsümdə ümumilikdə 7 qol və 7 assist olmaqla 14 məhsuldar epizodun müəllifi olub.
Bununla da o, "Monako" və PSJ formalarında 10 qol və 3 ötürmə ilə rekord müəyyənləşdirən Kilian Mbappeni geridə qoyub.
Hüseyn