Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2025 16:48
“Əvvəlcə “Qarabağ”a uğurlar arzu edirəm. Ümidimiz var ki, qələbə qazanıb bütün futbol ictimaiyyətini sevindirərlər".
Bu sözləri QOL.az-a açaıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Elvin Məmmədov deyib.
"Səbail"dən ayrıldıqdan sonra "Qəbələ"nin U-17 komandasının baş məşqçisi təyin edilən gənc mütəxəssis "Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində bu gün Bakıda "Ayaks"la keçiriləcək oyunu haqda danışıb. O, Ağdam təmsilçisini Niderland klubu ilə çox çətin oyun gözlədiyini bildirib:
"Mənə görə, “Qarabağ” bu mərhələnin ən ağır oyununa çıxacaq. Bəlkə də bu gün kağız üzərində “Ayaks” zəif rəqib kimi göstərilir. Amma düşünürəm ki, “Qarabağ” üçün ən çətin oyun olacaq. Təki mən yanılım. Əsas odur ki, “Qarabağ” uğur qazansın. Çünki qələbə həm klubun turnirdəki taleyi üçün çox vacibdir, həm də Azərbaycanın reytinqi baxımından əhəmiyyətlidir".
E.Məmmədov "Qarabağ"dan Çempionlar Liqasındakı gözləntiləri ilə bağlı isə bunları deyib: “Qarabağ” onsuz da bizi layiqincə təmsil edir, Azərbaycan futbolunu çiynində daşıyır. Amma bu oyunun nəticəsi komandanı və ümumilikdə Azərbaycan futbolunu daha yaxşı yerlərə gətirə bilər. Alınan məğlubiyyət isə işimizi çətinə sala bilər. Çünki bundan sonra oynayacağımız rəqiblər daha çətin komandalardır. Ümid edirəm ki, “Qarabağ” lazım olan xallarını toplaya biləcək”.
Xatırladaq ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.