Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2025 17:00
Zərgərlik mağazasının açılışında iştirak edən məşhur sənətçi Bülent Ərsoyun görüntüləri sosial mediada böyük maraq doğurub.
Sonxeber.net xəbər verir ki, mağazanın açılış lentini kəsən Ərsoyu görmək üçün əraziyə toplaşan insanların sayı kifayət qədər çox olub.
Tədbir zamanı lentə alınan bir görüntü isə sosial şəbəkələrdə xüsusilə müzakirə olunub. Açılışda iştirak edən balaca qızın Bülent Ərsoya qorxu dolu baxışı aydın görünür və həmin kadrlar istifadəçilər tərəfindən geniş şəkildə paylaşılıb.
Qızın ifadəsi qısa müddətdə sosial mediada gündəmə çevrilib.
Həmin anları təqdim edirik: