Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Joze Mourinyo ''Real''a geri dönür?

Joze Mourinyo ''Real''a geri dönür?

Tarix: 10 Dekabr 2025 18:00

"Benfika"nın baş məşqçisi Joze Mourinyo adının "Real" klubu ilə hallanmasına reaksiya verib.

QOL.az xəbər verir ki, təcrübəli mütəxəssis mətbuat konfransında bu məsələyə birdəfəlik aydınlıq gətirib. Jurnalistin “Geri dönüş ehtimalı varmı?” sualına portuqaliyalı çalışdırıcı belə cavab verib:

“Bu mövzunu bağlamağa ehtiyac yoxdur, çünki o onsuz da bağlıdır. Mövzunu bağlayan mənəm, açan isə sizsiniz”.

Qeyd edək ki, Mourinyonun adı klub rəhbərliyi tərəfindən deyil, onu geri istəyən bəzi “Real” azarkeşləri tərəfindən gündəmə gətirilmişdi. Mourinyo isə məsələyə reaksiyası ilə diqqətini tamamilə “Benfika”ya yönəltdiyini nümayiş etdirib.

Xatırladaq ki, mütəxəssis 2010/2013-cü illərdə "Real" klubunu çalışdırıb.


Etiketlər:  Joze Mourinyo Reala geri dönür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ