Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Roma” yeni hücumçu hədəfi üçün hərəkətə keçdi

“Roma” yeni hücumçu hədəfi üçün hərəkətə keçdi

Tarix: 10 Dekabr 2025 20:58

“Roma” klubu qış transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün hərəkətə keçib. 

QOL.az xəbər verir ki, “Gazzetta dello Sport”un məlumatına görə, paytaxt təmsilçisi “Mançester Yunayted”in niderlandlı forvardı Coşua Zirkzeenin icarəsi ilə bağlı danışıqlara start verib. 

Məlumata görə, Roma klubunun idman direktoru Frederik Massara rəhbərliyin razılığı fonunda danışıqlar aparmaq üçün İngiltərəyə yollanmağa hazırlaşır. İtalyanlar 24 yaşlı futbolçunu satınalma hüququ ilə icarəyə götürmək istəyirlər.

Bildirilir ki, bu transfer həmləsinin səbəbi “Brayton”dan icarəyə götürülən Evan Ferqusonun uğursuz performansıdır. 14 oyunda cəmi 1 qol vuran Ferqyusonun icarə müqaviləsinə vaxtından əvvəl xitam verilərək geri göndərilməsi və yerinin Zirkzee ilə doldurulması planlaşdırılır.

Qeyd edək ki, cari mövsümdə Premyer Liqada 8 oyuna çıxan Zirkzee 1 qolla yadda qalıb. 


Etiketlər:  Roma yeni hücumçu hədəfi üçün hərəkətə keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ