Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2025 21:44
Almaniyanın “RB Leyptsiq” klubunun yeni baş direktoru məlum olub.
QOL.az xəbər verir ki, klubun rəsmi məlumatına əsasən, Tatyana Henni yeni vəzifəyə təyin olunub. Bu qərar Almaniya futbolu üçün tarixi əhəmiyyət daşıyır. Çünki Henni ölkə futbolunda peşəkar klub səviyyəsində rəhbər postuna gətirilən ilk qadın olacaq.
Xatırladaq ki, keçmiş futbolçu Tatyana Henni İsveçrə millisinin heyətində 24 oyun keçirib. O, 2023-cü ildə ABŞ Milli Qadınlar Futbol Liqasında da fəaliyyət göstərib.
Qeyd edək ki, Tatyana Henni yeni vəzifəsinin icrasına rəsmi olaraq 2026-cı ilin yanvarın 1-dən başlayacaq.