Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə “Rektor Kuboku” keçirilib - FOTO

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə “Rektor Kuboku” keçirilib - FOTO

Tarix: 10 Dekabr 2025 21:44

Dekabrın 10-da Milli Gimnastika Arenasının köməkçi zalında Azərbaycan Gimnastika Federasiyası və Azərbaycan İdman Akademiyasının birgə təşkilatçılığı ilə idman gimnastikası üzrə "Rektor Kuboku" yarışları baş tutub.

Sonxeber.net xəbər verir ki, yarışda akademiyanın bakalavriat səviyyəsinin birinci kursunda təhsil alan tələbələrdən ibarət 16 komanda iştirak edib.

"Tərtər", "Ağdərə", "Bərdə", "Qubadlı", "Şuşa", "Xocalı", "Xocavənd", "Kəlbəcər", "Xankəndi", "Füzuli", "Hadrut", "Horadiz", "Cəbrayıl", "Laçın", "Qəbələ" və "Şəki" komandalarının təmsilçiləri sərbəst hərəkətlər, halqalar və turnik üzərində çıxış edərək həm fərdi, həm də komanda hesabında mübarizə aparıblar.

Qalib gimnastlar medal və hədiyyələrlə təltif olunublar.

Qeyd edilib ki, Azərbaycan Gimnastika Federasiyası ilə Azərbaycan İdman Akademiyası arasında gimnastikanın inkişafı istiqamətində bu günə qədər bir sıra layihələr uğurla həyata keçirilib. "Rektor Kuboku" yarışının əsas məqsədi isə gimnastika vasitəsilə müxtəlif fakültələrdə təhsil alan tələbələrin təcrübəsinin artırılması və hazırlıq səviyyəsinin gücləndirilməsidir.


Etiketlər:  Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Rektor Kuboku keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ