Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2025 21:16
“Real” baş məşqçisi Xabi Alonso ilə yollarını ayırmağa tələsmir.
QOL.az xəbər verir ki, bu bardə “Diario AS” nəşri məlumat yayıb.
Belə ki, komandada ciddi böhran yaranmayacağı təqdirdə ispaniyalı mütəxəssisin ən azı yanvar ayına qədər vəzifəsini icra edəcəyi gözlənilir. Rəhbərlik ona İspaniya Superkubokunun yarımfinalında “Atletiko” ilə derbiyə qədər vaxt verməyi planlaşdırır.
Xatırladaq ki, daha öncə Çempionlar Liqası çərçivəsində “Mançester Siti” ilə qarşılaşmanın Alonso üçün son oyun ola biləcəyi bildirilirdi.
Qeyd edək ki, La Liqada 16 turdan sonra 36 xalı olan “Real” lider “Barselona”dan 4 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.