Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda sığınacaqda çəkilən görüntü ürək parçaladı: uşaq hər gecə bunu edirmiş... - VİDEO

Bakıda sığınacaqda çəkilən görüntü ürək parçaladı: uşaq hər gecə bunu edirmiş... - VİDEO

Tarix: 10 Dekabr 2025 18:24

Bakıda fəaliyyət göstərən sığınacaqlardan birində qeydə alınan görüntü hər kəsi təsirləndirib.

Sonxeber.net xəbər verir ki, ailəsi tərəfindən müvəqqəti olaraq sığınacağa yerləşdirilən balaca oğlan gecələr Allaha dua edərkən kameralara tuş gəlib.

Sığınacaq əməkdaşları onun nəyə dua etdiyini soruşduqda, uşaq səmimi şəkildə "İstəyirəm ailəm bütöv olsun, bacılarım və anam yanımda olsun" cavabını verib. Kiçik yaşına baxmayaraq bu sözləri ilə o, izləyənlərin ürəyinə toxunub.

Sizin.xəbər-in məlumatına görə, sözügedən kadrlar Qadın və Uşaq sığınacağı tərəfindən paylaşılıb. Qurum bildirib ki, ana maddi və sosial çətinliklər səbəbilə övladlarına baxa bilmədiyi üçün onları müvəqqəti olaraq sığınacağa gətirib. Hazırda uşaqlara sığınacaq tərəfindən qayğı göstərilir və anaya dəstək verilir. Ata isə narkotik asılılığı səbəbilə müalicə kursu keçməkdədir.

Paylaşılan görüntü sosial şəbəkələrdə geniş rezonans yaradıb və bir çox istifadəçi uşağın arzusunun gerçəkləşməsi üçün dualar edib.

Musa


Etiketlər:  Bakıda sığınacaqda çəkilən görüntü ürək parçaladı uşaq hər gecə bunu edirmiş VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ