Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2025 15:58
Bu gün "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının Liqa mərhələsində sonuncu - 6-cı tur matçına çıxıb.
QOL.az xəbər verir ki, Ağdam təmsilçisi evdə "Ayaks"ı qəbul edib.
"Azərsun Arena"da keçirilən oyun Niderland təmsilçisinin 8:0 hesablı qələbəsi ilə başa çatıb.
Əlavə edək ki, əvvəlki 5 oyunun hamısında uduzan "Qarabağ"ın U-19 komandası sonuncu - 36-ci yeri tutur. "Ayaks" isə 10 xalla 13-cüdür. Cədvələ 16 xala malik "Çelsi" liderlik edir.
UEFA Gənclər Liqası, 6-cı tur
14:00. "Qarabağ" U-19 — "Ayaks" U-19 - 0:8
Hakimlər: Marton Ruş, Gerqo Viq-Tarsonyi, Balaş Şalay, Cavid Cəlilov
"Azersun Arena"