Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti: ''Gəlinimdən cehiz almayacağam''

Xalq artisti: ''Gəlinimdən cehiz almayacağam''

Tarix: 10 Dekabr 2025 15:45

Xalq artisti Könül Xasıyeva etirafı ilə diqqət çəkib.

Sonxeber.net xəbər verir ki, xanəndə oğlunun gələcək ailəsi barədə fikirlərini dilə gətirib.

Müğənni gəlinindən cehiz almayacaq:

"Kazım evlənəndə gəlindən heç nə istəmirəm. Gəlin cehiz gətirir, heç birinİ gətirməsin. Bir Kazımın barmağına balaca üzük taxsın. Bir də bu evə sevinc, şadlıq, sədaqət, inam, balama sevgi gətirsin. Ayrı bir çöp istəmirəm. Hər şey etmişəm. Oğlumun otağını da ayırmışam. İçində hər şey var, bircə mebellərin almamışam. Gəlin gedər özü baxıb seçər, mən də pulunu verəcəyəm. Mənim qızım yoxdur, qız arzulamışam. Gələn mənim qızım olacaq".


Etiketlər:  Xalq artisti Gəlinimdən cehiz almayacağam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ