Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2025 18:20
“Şanxay” klubu Asiya Çempionlar Liqasında növbəti dəfə xalsız qalıb.
QOL.az xəbər verir ki, liqanın 6-cı turu çərçivəsində səfərdə Yaponiyanın “Xirosima” klubu ilə qarşılaşan Çin təmsilçisi meydandan 0:1 hesablı məğlubiyyətlə ayrılıb. Qarşılaşmanın taleyini həll edən yeganə qolun müəllifi isə meydan sahibləri olub.
10 dekabr
"Xirosima" – "Şanxay Şenxua" - 1:0
Qol: H.Araki, 78
Bu, Leonid Slutskinin çalışdırdığı komandanın turnirdə aldığı ardıcıl üçüncü məğlubiyyətdir.
Qeyd edək ki, hazırda aktivində 4 xal olan “Şanxay” turnir cədvəlində 11-ci pillədə qərarlaşıb. 11 xala malik “Xirosima” isə 3-cü sıradadır.