Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Diplomatik xidmət əməkdaşlarının müəyyən ödənişlərindən aliment tutulmayacaq

Diplomatik xidmət əməkdaşlarının müəyyən ödənişlərindən aliment tutulmayacaq

Tarix: 10 Dekabr 2025 17:46

"Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri"ndə dəyişiklik edilib.

Sonxeber.net xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarına verilən vergiyə və digər icbari ödənişlərə cəlb olunmayan ödənişlərdən aliment tutulmayacaq.

"Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı" ilə təsdiq edilən ağır xəsarətlər Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarına da şamil ediləcək.


Etiketlər:  Diplomatik xidmət əməkdaşlarının müəyyən ödənişlərindən aliment tutulmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ