Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağdam, Füzuli və Xocavəndə birgünlük turlar təşkil olunacaq

Ağdam, Füzuli və Xocavəndə birgünlük turlar təşkil olunacaq

Tarix: 14 Dekabr 2022 10:00

Son iki il ərzində DTA tərəfindən Qarabağın və Şərqi Zəngəzurun turizm potensialının öyrənilməsi, müvafiq olaraq konsepsiya sənədləri və layihələrin hazırlanması həyata keçirilib.

Milli.Az xəbər verir ki, bunu Agentliyin sədri Fuad Nağıyev bildirib.

Onun sözlərinə görə, bu baxımdan, 3 əsas istiqamət üzrə işlər icra olunub.

"Bunlar mövcud və yeni turizm və rekreasiya zonalarının yerlərinin dəqiqləşdirilməsi, nəqliyyat dəhlizləri boyu, eləcə də tematik turizm marşrutları üzrə turizm imkanlarının dəyərləndirilməsidir. Həmçinin, artıq bir neçə layihənin icrasına başlanmışdır. Bildiyiniz kimi, bu ilin mart ayında Suqovuşanda cənab Prezidentin iştirakı ilə turizm kompleksinin təməlqoyma tədbiri baş tutdu. Bu kompleks Suqovuşan su anbarı ətrafında infrastruktur və xidmətlərin yaradılması, qəsəbənin rekreasiya imkanlarının artırılması və aktiv turizm fəaliyyətlərini özündə əks etdirən "Suqovuşan Turizm İnkişaf Konsepsiyası" sənədi əsasında yaradılacaq. Eyni zamanda Ağdamda tarixi Şahbulaq qalası ətrafında turizm imkanlarının qurulması üzrə layihə hazırlanaraq, ilkin rekreasiya infrastrukturu qurulub", - deyə o qeyd edib.

F. Nağıyev qeyd edib ki, DTA tərəfindən "Qarabağ Zəfər Marşrutları" konsepsiyası çərçivəsində "Yolumuz Ağdama", "Füzuli və Xocavəndə" birgünlük turların layihəsi hazırlanıb, Şuşa şəhərinin və Daşaltının turizm inkişaf planı hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

"Bütövlükdə, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin turizm imkanların qiymətləndirilməsi aparılaraq, işğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı ilə bağlı Regional Turizm Strategiyası və Fəaliyyət Planının layihəsi hazırlanıb. Yaxın günlərdə Şuşaya turizm səfərlərinin təşkili üçün işlərimizi yekunlaşdırmaq üzrəyik. Artıq vətəndaşlarımız digər yerlərə olduğu kimi, Şuşaya da turizm səfərləri edəcəklər. Bir sözlə, Qarabağın turizm potensialının öyrənilməsi, reallaşdırılması, tanıdılması üçün çoxistiqamətli tədbirlər icra olunur", - deyə sədr əlavə edib.

Milli.Az


Etiketlər:  Ağdam Füzuli Xocavəndə birgünlük turlar təşkil olunacaq


RƏYLƏR