Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2022 23:38
Qətərdə keçirilən dünya çempionatında Fransa və Mərakeş yığmaları arasında yarımfinal matçından öncə kuryoz hadisə baş verib.
Sonxeber.net "report"a istinadən bildirir ki, oyunöncəsi məşq zamanı Avropa təmsilçisinin futbolçusu Kilian Mbappenin qapıya vurmaq istədiyi top tribunada əyləşən fransalı azarkeşlərdən birinin üzünə tuş gəlib.
Zərbənin təsirindən huşunu itirən fanat bir müddət sonra özünə gəlib. Tərəfdara yaxınlaşan 24 yaşlı forvard etdiyi hərəkətə görə üzr istəyib.
Qeyd edək ki, hazırda ilk hissədi oynanılan Fransa - Mərakeş görüşündə fransızlar 1:0 hesabı ilə öndədir. Yeganə qolu 5-ci dəqiqədə Teo Ernandes vurub.