Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2022 08:54
Fransa millisinin hücumçusu Rondal Kölo Mouani dünya çempionatı tarixinə meydana daxil olduqdan dərhal sonra qol vuran 3-cü futbolçu olub.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, Frankfurt "Ayntraxt"ının futbolçusu DÇ-2022-nin 1/2 finalında Mərakeşlə matçın (2:0) 79-cu dəqiqəsində meydana çıxıb və 44 saniyə sonra ilk toxunuşla rəqib qapısına zərbə endirib.
Opta-nın məlumatına görə, əvəzetmədən sonra dünya çempionatında cəmi 2 dəfə daha sürətli qol vurub. 2002-ci ildə uruqvaylı Riçard Morales (16 saniyə) və 1998-ci ildə danimarkalı Ebe Sən (26 saniyə) bu nəticəni göstərib.
Qeyd edək ki, 24 yaşlı Rondal Kölo Muani Fransa millisinin heyətində ilk qolunu vurub.