Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keçmiş sevgilisini öldürdü, lakin həbs olunmadı

Keçmiş sevgilisini öldürdü, lakin həbs olunmadı

Tarix: 16 Dekabr 2022 00:48

ABŞ-da Oreqon ştatının Şervud şəhərinin sakininin qohumu onu təqib edən keçmiş sevgilisini öldürərək həbsxanaya düşməyib.

Milli.Az bildirir ki, bu barədə "True Crime Daily" məlumat yayıb.

36 yaşlı Kodi Buyas əvvəllər romantik münasibətdə olduğu qadının evinə dekabrın 11-i bazar günü axşam saat 8 radələrində gəlib. Sevgilisi ilə ayrıldıqdan sonra Buyas ondan əl çəkməyib və təqib edib.

Qadının yaxınları Buyasın növbəti gəlməyindən xəbər tutaraq onun evinə gəliblər. Orada onlarla Buyas arasında münaqişə yaranıb və o, özü ilə gətirdiyi silahı nümayiş etdirib. Bundan dərhal sonra amerikalı qadının qohumlarından biri əlində olan silahdan Buyasa atəş açıb.

Ertəsi gün səhər Buyas xəstəxanada ölüb. Polisin rəsmi məlumatında deyilib ki, qətl yerinə gələn əməkdaşların hadisəyə reaksiya verərkən silahdan istifadə etməsinə ehtiyac olmayıb. Qadının ailəsi müstəntiqlərlə əməkdaşlıq edib. Kodi Buyasın ölümü ilə bağlı heç kim həbs olunmayıb.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Keçmiş sevgilisini öldürdü lakin həbs olunmadı


RƏYLƏR