Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

KOBİA ilə Gürcüstan arasında Anlaşma Memorandumu imzalanıb - FOTO

KOBİA ilə Gürcüstan arasında Anlaşma Memorandumu imzalanıb - FOTO

Tarix: 16 Dekabr 2022 10:04

Dekabrın 15-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilmiş Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 9-cü iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Gürcüstanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Gürcüstanın Ticarət və Sənaye Palatasının prezidenti Georgi Pertaya imzalayıb.

Anlaşma Memorandumunda Azərbaycan və Gürcüstan KOB-ları arasında əlaqələrin genişləndirilməsi sahəsində əməkdaşlıq, ticarət, investisiya və sahibkarlıq sahəsində informasiya, KOB-lara göstərilən dəstəyə dair təcrübə mübadiləsi və digər məsələlər nəzərdə tutulur.

Milli.Az


Etiketlər:  KOBİA ilə Gürcüstan arasında Anlaşma Memorandumu imzalanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ