Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2022 17:24
Türkiyənin hava limanında gənc qadın təyyarəyə minərkən nərdivandan sərnişinlərin gözü qarşısında yerə çırpılıb.
Sonxeber.net bildirir ki, "Sabah" yazıb ki, polis bunu təsadüf olmadığından şübhələnir.
32 yaşlı Beyza Taşkıranın Antalyada bir İT şirkətində marketinq meneceri işlədiyi bildirilib. Hadisə baş verən zaman qız turizm sərgisində iştirak etdiyi İzmirdən evə qayıtmaq üçün təyyarəyə minib. Hadisə şahidlərinin sözlərinə görə, sərnişin 15 metr hündürlükdən yıxılıb. O da məlum olub ki, yıxılmamışdan düz əvvəl Taşkıran kiminləsə telefonla danışır, həmsöhbətlər ucadan mübahisə ediblər.
Hazırda polis mərhumun ölməzdən əvvəl kimlə danışdığını müəyyən etmək üçün onun telefon qeydlərinə baxır. İstintaq çərçivəsində qızın sonuncu həmsöhbəti dindirilməyə çağırılacaq. Baş verənlərdən şoka düşən Taşkeran ailəsi qızın meyitini dəfn etmək üçün aparıblar.
İrfan Vəliyev