Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2022 18:06
Moskva sakini mənzilin açarlarını unudub və qonşusunun eyvanından evə girmək istəyərkən ölüb.
Sonxeber.net bildirir ki, bu barədə mk.ru xəbər verib.
Faciə dekabrın 15-də Xolmoqorskaya küçəsində baş verib. 49 yaşlı kişi sığorta kimi avtomobil trosundan istifadə edib, lakin eyvanına çıxaraq müvazinətini itirib, yıxılıb və boğularaq üçüncü mərtəbənin səviyyəsində ilgəyə ilişib.
Onu geri çəkmək mümkün olmayıb: tros pəncərə çərçivəsinin çatlarına sıxılıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları kişini yerə endirsələr də, bu zaman o, artıq ölüb.
İrfan Vəliyev