Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DÇ-2022-də 3-cü yerin sahibi bilindi - YENİLƏNİB - VİDEO

DÇ-2022-də 3-cü yerin sahibi bilindi - YENİLƏNİB - VİDEO

Tarix: 17 Dekabr 2022 21:04

Bu gün DÇ-2022-də bürünc medal uğrunda qarşılaşma oynanılıb.

Matçda Xorvatiya və Mərakeş yığmaları üz-üzə gəlib. "Xəlifə" stadionu keçirilən görüşdə Xorvatiya 2:1 hesabı ilə qalib gələrək turniri 3-cü pillədə başa vurub.

Qeyd edək ki, yarımfinalda Xorvatiya Argentinaya (0:3), Mərakeş isə Fransaya uduzub (0:2).

DÇ-2022

Bürünc medal uğrunda oyun

19:00. Xorvatiya - Mərakeş - 2:1 

Qol: Yosko Qvardiol, 7 (1:0), Aşraf Dari, 9 (1:1), Mislav Orsiç, 42 (2:1)

Baş hakim: Əbdülrəhman Əl-Yassin (Qətər)

"Xəlifə" stadionu.

19:54

DÇ-2022

Bürünc medal uğrunda oyun

19:00. Xorvatiya - Mərakeş - 2:1 (Failə)

Qol: Yosko Qvardiol, 7 (1:0), Aşraf Dari, 9 (1:1), Mislav Orsiç, 42 (2:1)

Baş hakim: Əbdülrəhman Əl-Yassin (Qətər)

"Xəlifə" stadionu.

19:23

DÇ-2022
3-cü yer uğrunda oyun
17 dekabr
19:00. Xorvatiya - Mərakeş - 1:1
Qollar: 
Yoşko Qvardiol, 7 - Əşrəf Dari, 9

19:00

Bu gün DÇ-2022-də bürünc mükafatçının adı bəlli olacaq.

Apasport.az saytının məlumatına görə, 3-cü yer uğrunda matçda Xorvatiya və Mərakeş üz-üzə gələcək.

Yarımfinalın uğursuzları "üçlük"də qərarlaşmaq üçün mübarizə aparacaq. Qətərdəki mundiala eyni qrupda başlayan rəqiblər ikinci dəfə görüşəcək. İlk qarşılaşmada qalib müəyyənləşməyib.

1998-ci ildə bürünc, dörd il əvvəl isə gümüşə yiyələnən Avropa təmsilçisi tarixində 3-cü dəfə medalçılar sırasında yer almağa köklənib. Yarımfinala adlayan ilk Afrika komandası kimi tarixə yazan Mərakeş isə həm də ilk mükafatçı olmaq arzusundadır.

Qeyd edək ki, DÇ-2022-yə sabah baş tutacaq final görüşü ilə yekun vurulacaq. Həlledici matçda Fransa və Argentina görüşəcək.

DÇ-2022
3-cü yer uğrunda oyun
17 dekabr
19:00. Xorvatiya - Mərakeş - 1:1

 

18:56

DÇ-2022-də 3-cü yer uğrunda bu gün keçiriləcək Xorvatiya - Mərakeş matçı üçün start heyətlər açıqlanıb.

Komandalar Bakı vaxtı ilə saat 19:00-da başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:

Xorvatiya: Livakoviç, Stanişiç, Perişiç, Mayer, Kovaçiç, Kramaric, Modriç, Livayya, Orşiç, Qvardiol, Şutalo

Mərakeş: Bono, Hakimi, Amrabat, Ziyeş, Sabiri, Bufal, El-Yamik, En-Nesiri, Dari, El-Khannus, Attiyat-Allah

Milli.Az


Etiketlər:  2022 3 yerin sahibi bilindi YENİLƏNİB VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ