Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saakaşvili azadlığa buraxılacaq? - Zurabişvili işarə vurdu

Saakaşvili azadlığa buraxılacaq? - Zurabişvili işarə vurdu

Tarix: 17 Dekabr 2022 22:15

"Gürcüstan cəmiyyətində və siyasi həyatında qütbləşmənin əsas səbəbkarı respublikanın həbsdə olan keçmiş rəhbəri Mixail Saakaşvilidir".

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu sözləri Gürcüstan prezidenti Salome Zurabişvili deyib.

Onun sözlərinə görə, gürcü xalıq qütbləşməyə son qoyulmasını istəyir: "Əhalimizin arzusu bəllidir: qütbləşməyə son qoymaq istəyirlər. Onlar yeni siyasi qüvvələr, yeni fiqurlar və perspektivlər görmək istəyirlər. İndiki mərhələdə nə iqtidar, nə də müxalifət bu iradəni nümayiş etdirir".

Gürcüstanın dövlət başçısı bildirib ki, ölkənin reputasiyası və sabitliyi, eyni zamanda səhhəti səbəbindən Saakaşvilinin azadlığa buraxılması işi üzrə dekabrın 22-də keçiriləcək məhkəməni gözləmək vacibdir.


Etiketlər:  Saakaşvili azadlığa buraxılacaq Zurabişvili işarə vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ