Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2019 12:32
“Vaxt vardı müəyyən səbəblərə görə özümü yorğun hiss edirdim. Xüsusilə 2013-14-cü il ərəfəsi vergi xidməti ilə problemlərim vardı. Bu, həm mənim, həm də ailəm üçün ağır mərhələ idi”.
Qol.az-ın AS nəşrinə istinadən yaydığı xəbərə görə, bu sözləri “Barselona”nın hücumçusu Lionel Messi “El Mon a RAC1”ə müsahibəsində deyib.
“İnsanlar o vaxt nələr baş verdiyini bilmirdilər. Bu, mənim həyatımda ilk belə hadisə idi deyə, ağır keçirdim. Bundan başqa, o vaxt heç nəyi anlayamayan körpə uşağım vardı. Sadə zamanlar deyildi. O zaman “Barselona”dan getmək barədə düşünürdüm. Amma klubuma görə yox, baş verənlər səbəbindən. Düşünürdüm ki, mənimlə pis davranırlar”.