Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sevinc Həsənovaya şiddətli töhmət verildi

Sevinc Həsənovaya şiddətli töhmət verildi

Tarix: 6 Noyabr 2025 10:38

Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhər Təhsil Sektorunun müdiri Sevinc Həsənovanın fəaliyyətində ciddi nöqsanlar aşkar edib. Aparılan araşdırmaların nəticəsində onun işində bir sıra idarəetmə və nizam-intizam qaydalarının pozulduğu müəyyənləşdirilib.

Sonxeber.netxəbər verir ki, məhz bu səbəbdən, Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən Sevinc Həsənovaya Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən "şiddətli töhmət" intizam tənbehi tətbiq olunub.

Qeyd edək ki, bu qərar son dövrlər təhsil sahəsində nizam-intizamın gücləndirilməsi istiqamətində atılan tədbirlər fonunda verilmiş ən sərt inzibati addımlardan biri kimi qiymətləndirilir.

İdarə rəhbərliyinin sözlərinə görə, təhsil sektorunda vəzifə səlahiyyətlərinin sui-istifadəsi və vəzifə məsuliyyətinə laqeyd yanaşma halları yolverilməz hesab edilir.


Etiketlər:  Sevinc Həsənovaya şiddətli töhmət verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ