Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rayonda 30 qəpik olsa da, Bakıda 2 manata satılır

Rayonda 30 qəpik olsa da, Bakıda 2 manata satılır

Tarix: 5 Noyabr 2025 21:02

Astara rayonunda sitrus mövsümü başlayıb. Fermerlər artıq naringini yığırlar. Lakin bu il hava şəraitinin qeyri-sabit keçməsi, xüsusilə də yay aylarında müşahidə olunan quraqlıq məhsulun keyfiyyətinə mənfi təsir göstərib.

Sonxeber.net xəbər verir ki, təsərrüfat sahibləri bildirirlər ki, yağışsız hava nəticəsində meyvələr xırda yetişib, bu isə bazarda satış qiymətlərini aşağı salıb. Bir çox kəndlərdə fermerlər əldə etdikləri gəlirin çəkilən zəhməti qarşılamadığını deyirlər.

Məhsulun ucuzlaşması ilə yanaşı, saxlanma anbarlarının çatışmazlığı da vəziyyəti ağırlaşdırır. Fermerlərin sözlərinə görə, məhsulu uzun müddət saxlamaq mümkün olmadığından bir hissəsi zay olur.

"Keçən il bazar qiymətləri bizi qane edirdi, bu dəfə isə qazanc demək olar ki, yoxdur. Əmək çoxdur, amma gəlir az," - deyə yerli təsərrüfat sahibləri bildiriblər.

Məsələ ilə bağlı kənd icra nümayəndəsinin müavini Hökməli Əliyev bildirib ki, ərazidə ildə 10 mindən çox məhsul istehsal olunur:

"Əhalinin məhsulu üçün saxlama kameraları ilə təmin olunmalıdır. Biz də bununla bağlı yuxarı distansiyalara məlumat vermişik. Bizə deyilib ki, yaxın gələcəkdə nəzərə alınacaq".

Qeyd edək ki, fermerlər məhsulu hazırda 30 qəpiyə satmağa çətinlik çəksələr də Bakıda qiyməti 1,5 - 2 manatdan aşağı tapmaq çətindir.

Aysel Əkbər


Etiketlər:  Rayonda qəpik olsa Bakıda manata satılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ