Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Həkimin çiyninə vurdum ki, dur gedək əməliyyat et''

''Həkimin çiyninə vurdum ki, dur gedək əməliyyat et''

Tarix: 5 Noyabr 2025 20:00

"Bu yaşıma qədər 7 dəfə əməliyyat olunmuşam. Hərəsi də özünə görə ağır əməliyyat olub. Sonuncu əməliyyatda həkimin çiyninə vurdum ki, dur gedək əməliyyat et. Həmişə onu düşünürdüm ki, missiyam bitməyib, hələ yaşamalıyam. Görəcək işlərim var. Onları bitirməmiş dünyamı dəyişə bilmərəm".

Sonxeber.net xəbər verir ki, bu sözləri müğənni Nazim Pişiyari "Efirdən kənar" verilişində deyib. Sənətçi keçirtdiyi ağır əməliyyatlardan və səhhətindən danışıb:

"Dualar, həkimlər və Rəbbim məni ayaqda saxlayıb. Can sağlığı olandan sonra hər şey bəsdir. Canın sağ olmalıdır ki, ağır günlərdə addımlayasan. Pozitivlik lazımdır. Ən çətin, neqativ anımda pozitiv olub, özümü ruhlandırıram. Öd kisəmdə əməliyyat zamanı problem olduğu üçün hələ də əziyyət çəkirəm. Amma şükür edirəm ki, rəngləri görə, yeyib, dad hiss edə bilirəm". (Axşam.az)


Etiketlər:  Həkimin çiyninə vurdum gedək əməliyyat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ