Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2025 17:39
Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın Avropa, Şimali Amerika və Dənizaşırı Ərazilər üzrə dövlət naziri Stiven Daouti ilə görüşüb.
Sonxeber.net xəbər verir ki, Hikmət Hacıyev bununla bağlı "X" hesabnda paylaşım edib.
"Bu gün Böyük Britaniyanın Avropa, Şimali Amerika və Dənizaşırı Ərazilər üzrə dövlət naziri Stiven Daouti ilə strateji tərəfdaşlıq ruhunda səmərəli görüş keçirdim.
Biz əlaqələrimizi yeni sahələrdə - əlaqəlilik, süni intellekt, kibertəhlükəsizlik, rəqəmsallaşma, təhsil, həmçinin müdafiə və hərbi əməkdaşlıq istiqamətlərində dərinləşdirmək və genişləndirmək məsələlərini müzakirə etdik.
Həmçinin bu axşamkı oyunda "Qarabağ" və "Çelsi" komandalarına uğurlar arzuladıq", - deyə paylaşımda qeyd edilib.