Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2025 11:32
İş adamı Ali Koça məxsus olduğu iddia edilən üzüm bağında güclü partlayış və yanğın baş verib.
Sonxeber.net xəbər verir ki, hadisə nəticəsində ev tamamilə yararsız hala düşüb, lakin xəsarət alan olmayıb.
Məlumata görə, gecə saatlarında Umurlu məhəlləsində baş verən partlayışdan sonra yanğın qısa zamanda üzüm bağını bürüyüb. Güclü külək alovun daha da sürətlə yayılmasına səbəb olub.
Əraziyə dərhal yanğınsöndürənlər, təcili yardım briqadaları və jandarma qüvvələri cəlb edilib. Alov nəzarət altına alınıb və söndürülüb.
Məlumata görə, hadisə zamanı ev sahibləri çöldə olduqları üçün itki baş verməyib. Hazırda partlayışın səbəbi ilə bağlı araşdırma aparılır.