Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan vasitəsilə Ermənistana buğda daşınır

Azərbaycan vasitəsilə Ermənistana buğda daşınır

Tarix: 5 Noyabr 2025 16:50

Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına başlanılıb.

Sonxeber.net xəbər verir ki, Qazaxıstandan gələn 15 vaqon buğda noyabrın 5-də Azərbaycan sərhədini keçərək Yalamaya doğru istiqamət götürüb.

Bildirilib ki, Yalama-Biləcəri-Hacıqabul-Böyük Kəsik marşrutu ilə daşınan yük noyabrın 4-də Rusiyadan gələn 15 vaqonun ardınca Ermənistanın Dalarik stansiyasına yola salınacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırıldığını Qazaxıstanda verdiyi bəyanatda qeyd etmişdi.


Etiketlər:  Azərbaycan vasitəsilə Ermənistana buğda daşınır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ