Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2025 16:40
Tanınmış aparıcı Lalə Azərtaş sosial mediada yayılan görüntülərlə yenidən gündəmə gəlib.
Sonxeber.net xəbər verir ki, sosial şəbəkələrdə aparıcıya çox bənzəyən gənc bir qızın videosu sürətlə yayılıb. İzləyicilər gənc xanımla Lalə Azərtaşın oxşarlığına təəccübləniblər.
Məlumata görə, sözügedən qızla Lalə Azərtaşın görüşməsi də baş tutub və bu anlar izləyicilər arasında böyük maraq doğurub.
İzləyicilər sosial mediada "iki damla su kimi oxşayırlar", "sanki eyni insan" kimi şərhlər yazaraq paylaşımı viral ediblər.
Hüseyn