Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2025 16:56
22 yaşlı gənc qız Aytac Hacıyeva ölümündən sonra bütün orqanlarını bağışlamağa qərar verib.
Sonxeber.net xəbər verir ki, bu barədə süjetdə yayımlanıb.
O, bildirib ki, məqsədi dünyadan köçdükdən sonra da insanlara həyat bəxş etməkdir:
"Mən istəyirəm ki, ölümüm belə kiminsə yaşamasına səbəb olsun. Əgər mümkündürsə, sümüklərimə qədər faydalı olum".
Gənc qızın bu addımı sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb. İzləyicilər Aytac Hacıyevanı humanist düşüncəsinə və cəsarətinə görə alqışlayıblar.
Hüseyn