Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Orasını-burasını düzəltdirib, sponsor da tapır...''

''Orasını-burasını düzəltdirib, sponsor da tapır...''

Tarix: 5 Noyabr 2025 12:50

"Öz aramızda" verilişinin qonağı olan Əməkdar artist Ruhəngiz Musəvi televiziya proqramları ilə bağlı narazılığını dilə gətirib.

Sonxeber.net xəbər verir ki, sənətçi efirdə emosional çıxışı ilə diqqət çəkib. O, bəzi verilişlərdə sənətə və sənətkara kifayət qədər dəyər verilmədiyini bildirib:

"Efirlərə baxa bilmirik. Nə qədər eyni adamı çağırarlar? Mən heç vaxt efir xəstəsi olmamışam. Ruhəngiz Musəvi reklam lazım deyil, o tarixə düşən müğənnidir. Mənim bir dənə o filmim milyon klipə dəyərə. İndikilər sənəti sevib gəlmirlər. Orasını-burasını düzəltdirib, bir nəfər də sponsor tapırlar. Efirə çıxırlar, səsləri də yoxdur. Fonaqramla oxuyub, sonra da heç kimi bəyənmirlər. Sənətimiz batır gedi".

Əməkdar artistin bu fikirləri tamaşaçılar arasında geniş müzakirələr yaradıb.


Etiketlər:  Orasını burasını düzəltdirib sponsor tapır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ