Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“10 ildən çoxdur ki, əziyyət çəkirəm...” - Rasim Balayev xəstəliyindən danışdı

“10 ildən çoxdur ki, əziyyət çəkirəm...” - Rasim Balayev xəstəliyindən danışdı

Tarix: 5 Noyabr 2025 18:25

"10 ildən çoxdur ki, ayağımda əzələ boşalması yaranıb. Bu da mənə ağrı verir. Bir müddətdən bir fizioterapiyaya gedirəm".

Sonxeber.net bildirir ki, bunu Musavat.com-a açıqlamasında Xalq artisti Rasim Balayev səhhətindən danışarkən deyib.

O, bildirib ki, illərdir müalicə alır:

"Başqa alternativ müalicə üsulu yoxdur. Sol ayağım mənə zülm verir. Ancaq fizioterapiya ilə ayaqda qalıram, yoxsa ağrıya dözə bilmərəm. Belə yerdə deyirlər ki, hardasan ay cavanlıq. Bunlara rəğmən, cavanlığa qayıtmaq istəməzdim. Çünki pis xatirələri yenə də yaşamaq istəmirəm. Bəlkə də həyat yorub məni".

Qeyd edək ki, Rasim Balayev 2022-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.


Etiketlər:  ildən çoxdur əziyyət çəkirəm Rasim Balayev xəstəliyindən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ