Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2025 00:15
Müğənni Aysun İsmayılova növbəti dəfə efirdə ağılayıb.
Sonxeber.net xəbər verir ki, Aysun "Rəngarəng" proqramında qonaq olarkən həbsdə olan anası Rəqsanə İsmayılovadan danışıb.
Aysun deyib ki, anası üçün çox darıxıb:
"Anam yanımda olmayanda anladım ki, dost yoxdur. Burdan anama demək istəyirəm ki, səninlə fəxr edirəm, səni sevirəm, nə yaxşı ki, mənim anamsan. Dünyaya bir də gəlsəm, sənin kimi mərd qadının övladı olmaq istəyərdim.
Hədsiz çox darıxmışam. İndi burda olsa, sevincdən qışqırardım, doyunca qucaqlayardım, bir müddət yanında olardım, gecə onunla yatıb, səhər onunla oyanardım. Biz 24 saat görüntülü danışırdıq. Pis-yaxşı nə olsa, ona çatdırırdım.
Hərdən yaxşı bir xəbər olur, zəng etmək istəyirəm, amma yığmağa yer yoxdur, telefonları məndədir. Övladlar atadan yox, anadan yetim qalır. Zatən atadan yetim idim, atasız böyümüşəm, indi də anadan yetim qaldım". (Bizim.Media)