Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yanmış villasını 5 milyona satışa çıxardı - FOTO

Yanmış villasını 5 milyona satışa çıxardı - FOTO

Tarix: 6 Noyabr 2025 12:05

Oskar mükafatlı aktyor Ser Entoni Hopkins bu ilin əvvəlində Kaliforniyada baş verən dağıdıcı meşə yanğınlarında məhv olan əmlakını satışa çıxarıb.

Sonxeber.net xəbər verir ki, 87 yaşlı sənətçinin Los-Ancelesdə yerləşən iki bitişik torpaq sahəsini 6,4 milyon dollara (təxminən 5,1 milyon funt sterlinqə) satmaq istədiyi bildirilir.

Hopkins həmin ərazini 2018 və 2019-cu illərdə ümumilikdə 12,6 milyon dollara almışdı. 

Qeyd edək ki, bu, aktyorun mülkiyyətinin yanğın təhlükəsi ilə üzləşdiyi ilk hal deyil. 2018-ci ilin noyabrında Malibu şəhərindəki evi demək olar ki, yanğın nəticəsində məhv olmuş, 2000-ci ildə isə Londondakı əmlakını itirmişdi.


Etiketlər:  Yanmış villasını milyona satışa çıxardı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ