Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2025 12:20
Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ"ın qazancı bir az da artıb.
Milli.az xəbər verir ki, qitənin bir nömrəli klub turnirinin əsas mərhələsində 4 turdan sonra 7 xal toplayan Ağdam klubunun ümumilikdə qazancı 4,95 milyon avroya (9,67 milyon manat) çatıb.
UEFA liqa mərhələsində hər qələbə üçün 2,1 milyon avro mükafat ayırır. Heç-heçə isə 750 min avro dəyərindədir.
Qeyd edək ki, "Qarabağ" ÇL-in liqa mərhələsinə vəsiqə qazandığına görə 23 milyon 700 min avro (47 milyon 735 min manat) qazanıb. Ümumilikdə isə "Qarabağ"ın cari mövsümdəki gəliri təqribən 29 milyon avroya (56,7 milyon manat) çatıb.