Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2025 19:40
Fransa milli komandasının DÇ-2026-nın seçmə mərhələsində Ukrayna və Azərbaycanla keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Sonxeber.net xəbər verir ki, ikiqat dünya çempionlarının baş məşqçisi Didye Deşam yığmaya 24 futbolçu dəvət edib:
Qapıçılar: Lik Şevalye , Mayk Menyan , Bryis Samba
Müdafiəçilər: Conatan Kloss, Lyuka Diny, Teo Ernandes, İbrahima Konate, Jül Kunde, Benjamen Pavar, Uilyam Saliba, Deyo Upamekano
Yarımmüdafiəçilər: Eduardo Kamavinqa, Mateo Qenduzi, Manu Kone, Adrian Rabiot, Orelian Çuameni,Uorren Zair-Emri
Hücumçular: Bredli Barkola, Usman Dembele, Desir Due, Randal Kolo Muani, Kilian Mbappe, Maykl Olise, Markus Tyuram
Qeyd edək ki, Fransa yığması noyabrın 13-də Ukraynanı qəbul edəcək, 3 gün sonra isə Bakıda Azərbaycan yığmasının qonağı olacaq.