Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

11 yaşlı uşaq qarın altında qaldı

11 yaşlı uşaq qarın altında qaldı

Tarix: 19 Dekabr 2022 19:46

Rusiyada, Vilyuçinskdə qartəmizləyən maşın 11 yaşlı uşağı qarla örtüb.

Sonxeber.net bildirir ki, bu barədə Kamçatka diyarının prokurorluğu məlumat yayıb.

Dekabrın 17-də axşam saatlarında xüsusi texnikanın sürücüsü yaşayış binasının həyətində oynayan uşaqları görməyib və onlardan birini qarla basdırıb. Hadisə şahidləri bunu vaxtında görüb, sürücünü məlumatlandırıb, uşağı çıxarıblar.

Həkimlər uşaqda yumşaq toxuma qançırları aşkar edərək onu müalicə üçün evə göndəriblər.

Nəzarət orqanı hadisə ilə bağlı araşdırmalara başlayıb.

İrfan Vəliyev


Etiketlər:  yaşlı uşaq qarın altında qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ