Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2022 00:00
Rusiyanın Stavropol diyarının "Mineralnıye Vodı" hava limanı qar yağması səbəbindən reysləri qəbul etmir.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda hava limanının saytında məlumat verilib.
"Güclü qar yağması səbəbindən "Mineralnıye Vodı" hava limanı müvəqqəti olaraq təyyarələri qəbul etmir", - məlumatda qeyd olunub.
Bildirilir ki, aeroport xidmətləri gücləndirilmiş iş rejimində işləyir.
Hava limanının saytındakı onlayn tabloya əsasən, Bakı, Penza, İstanbul, Mahaçqala və Moskvadan gələnlər üçün beş reys gecikir.