Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2022 08:12
Ukrayna münaqişəsində Belarus Rusiyaya yardımı artırarsa, ABŞ Belarusa qarşı yeni sanksiyalar tətbiq edəcək.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.
"Biz Belarusun Ukraynada Rusiyaya əlavə dəstək verib-verməyəcəyini diqqətlə izləyirik və çox diqqətlə izləməyə davam edəcəyik. Əgər bunu görsək, bunun üçün potensialı görsək, o zaman əlavə tədbirlər tətbiq etməklə proporsional cavab verəcəyik", - deyə o bildirib.