Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zaqatalada 3 yaşlı uşağı it dişlədi

Zaqatalada 3 yaşlı uşağı it dişlədi

Tarix: 20 Dekabr 2022 21:58

Zaqatalada 3 yaşlı uşağı it dişləyib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Faldar kəndində qeydə alınıb.

Belə ki, üz nahiyəsindən it dişləməsi nəticəsində üç yaşlı uşaq ağır xəsarətlər alıb.

Hadisə ilə əlaqədar 2019-cu il təvəllüdlü Əliyev Rəvan Şərif oğlu Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Aldığı xəsarət dərin olduğu üçün onun üzündə cərrahi əməliyyat keçirilib və quduzluq əleyhinə peyvənd olunub.

Hazırda yaralıının müalicəsi  xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir.


Etiketlər:  Zaqatalada yaşlı uşağı dişlədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ