Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“The Economist” ənənəsini pozaraq “İlin ölkəsi” kimi Ukraynanı seçdi

“The Economist” ənənəsini pozaraq “İlin ölkəsi” kimi Ukraynanı seçdi

Tarix: 20 Dekabr 2022 23:52

Britaniyanın "The Economist" jurnalı Ukraynanı 2022-ci ilin ölkəsi elan edib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə nəşr öz məqaləsində məlumat yazıb.

Jurnal ilin ölkəsini seçməyə başlayan 2013-cü ildən bəri ilk dəfə seçim redaksiyada mübahisələrə səbəb olmayıb. Eyni zamanda, "The Economist"in yazdığına görə, ənənəyə əsasən, bu titul son 12 ayda ölkə vəziyyətinin yaxşılaşdığı dövlətə verilir, Ukraynada isə müharibə səbəbindən vəziyyət xeyli pisləşib və iqtisadiyyat çöküb.

Xatırladaq ki, dekabrın əvvəlində Britaniyanın "Financial Times" qəzeti Ukrayna Prezidenti Volodimir Zelenskini ilin adamı adlandırıb.

Qeyd edək ki, 2021-ci ildə "The Economist" İtaliyanı siyasi nailiyyətlərə görə ilin ölkəsi elan edib. Əvvəlki illərdə bu titul Özbəkistan (quldarlığın ləğvinə görə), Kolumbiya (sülhün əldə edilməsinə görə), Tunis (demokratiyaya doğru seçiminə görə) kimi ölkələrə verilirdi.


Etiketlər:  Economist ənənəsini pozaraq İlin ölkəsi kimi Ukraynanı seçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ