Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu tələbələrin aqibəti necə olacaq? - VİDEO

Bu tələbələrin aqibəti necə olacaq? - VİDEO

Tarix: 21 Dekabr 2022 16:28

İmtahan sisteminə müdaxilə edən tələbələr Azərbaycan Dövlət İqtisad Universitetindən (UNRC) xaric ediliblər.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki,hadisə UNEC-in Zaqatala filialında baş verib.

UNEC-dən ''Xəzər Xəbər''ə verilən məlumata görə, universitetin Zaqatala filialında 5 tələbə imtahan sisteminə müdaxilə edib. Müdaxiləni təşkil etmiş tələbələr universitetdən xaric olunub, nəticələrinə müdaxilə edilmiş tələbələrin isə imtahan nəticələri ləğv edilib.

Bəs həmin tələbələrin aqibəti necə olacaq?

Sualımıza cavab olaraq UNEC-dən bildirdilər ki, həmin tələbələrə ödənişsiz olaraq təkrar imtahan verilməsi üçün şərait yaradılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Etiketlər:  tələbələrin aqibəti necə olacaq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ