Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Gələcəkdə ölkələrimizi qorumağa hazır olmalıyıq''

''Gələcəkdə ölkələrimizi qorumağa hazır olmalıyıq''

Tarix: 21 Dekabr 2022 19:42

Serbiya və Azərbaycanın müdafiə sənayesində texnologiya mübadiləsi və üçüncü ölkələrin bazarlarına birlikdə bəzi məhsullar çıxara bilməsi üçün böyük potensialı var.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib.

Azərbaycanın müdafiə sənayesi naziri ilə çox məhsuldar müzakirələr apardığını qeyd edən Serbiya Prezidenti deyib: "Hesab edirəm ki, müdafiə sektorunun nümayəndələri ilə biz silahlı qüvvələrin fəaliyyətinə dair, habelə silahlı qüvvələrin strukturu ilə bağlı Azərbaycandan çox şey öyrəndik. Biz çox məsələlərlə bağlı məlumat mübadiləsinə hazırıq. Biz müəyyən yaxşı sursat, silah istehsal edirik. Biz hər şeyi birlikdə müasirləşdirməyin yollarını nəzərdən keçirməyə və özümüzü təmin etmək üçün dünya ilə ayaqlaşmağa hazırıq. Çünki bu çətin dövrdə gördük ki, böyük ölkələr qısa zamanda necə bu qədər güc itirə bilərlər, sanksiyaların təsiri, məhvedici təsiri ola bilər. Biz çox da dinc olmayacaq gələcəkdə ölkələrimizi qorumağa və təhlükəsizliyini təmin etməyə hazır olmalıyıq".


Etiketlər:  Gələcəkdə ölkələrimizi qorumağa hazır olmalıyıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ