Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Amerikalı ekspert “Bir kəmər, bir yol” layihəsinin Azərbaycan üçün əhəmiyyəti barədə

Amerikalı ekspert “Bir kəmər, bir yol” layihəsinin Azərbaycan üçün əhəmiyyəti barədə

Tarix: 9 Oktyabr 2019 17:18

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsündən böyük fayda əldə edəcək.

Bunu Trend-ə Mərkəzi Asiya üzrə amerikalı ekspert Brüs Panyer deyib.

O bildirib ki, əgər layihənin reallaşdırılması uğurla davam edərsə, Cənubi Qafqaz ölkələri, xüsusilə də Gürcüstan və Azərbaycan fayda əldə edəcək:

“Bu ölkələrin Qara dəniz və Xəzər dənizində limanları var. Bu layihə çərçivəsində Avropa ilə Çin arasında ən yaxşı marşrut Cənubi Qafqazdan keçir. Ona görə də bu layihə tranzit tarifləri hesabına böyük gəlir gətirəcək, zəruri infrastrukturun inkişafına və Qafqazın Şərq və Qərb ölkələri ilə əlaqələri möhkəmləndirməsinə kömək edəcək”.

Ekspert qeyd edib ki, Azərbaycan bu marşrut üzərində ideal coğrafi bölgədədir:

“Çindən məhsullar Xəzər dənizi ilə Azərbaycana, oradan Qərbə ixrac olunur, Avropadan isə Qara dəniz vasitəsilə təkrar və oradan da Xəzər dənizi ilə Mərkəzi Asiya, Çin və digər Asiya ölkələrinə daşınır. Əgər “Bir kəmər, bir yol” təşəbbüsü Pekinin proqnozlaşdırdığı kimi uğurla reallaşdırılsa, Azərbaycan bu layihədən böyük fayda əldə edəcək”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Amerikalı ekspert kəmər layihəsinin Azərbaycan üçün əhəmiyyəti barədə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ