Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 2 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Bakıda 2 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Tarix: 22 Dekabr 2022 08:44

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, qəza Həsən Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, "Mercedes" və "Toyota Prius" markalı avtomobillər toqquşub. Ardınca "Mercedes" dəmir məhəccərə çırpılıb. Hər iki avtomobilə ciddi ziyan dəyib. İlkin məlumata görə, "Mercedes"də olan iki sərnişin yüngül xəsarət alıb. Avtomobillər ərazidən kənarlaşırılıb.

Hadisənin təfərrüatı araşdırılır.


Etiketlər:  Bakıda avtomobil toqquşub xəsarət alanlar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ