Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DOST mərkəzinə 40 mininci vətəndaş müraciəti qeydə alınıb (FOTO)

DOST mərkəzinə 40 mininci vətəndaş müraciəti qeydə alınıb (FOTO)

Tarix: 9 Oktyabr 2019 17:52

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin 1 saylı DOST mərkəzi 40 mininci vətəndaşı qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Bakının Yasamal rayon sakini Rasim Nəbiyev mərkəzə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar müraciət edib. O, DOST mərkəzinin fəaliyyətə başladığının beşinci ayının tamamında mərkəzin xidmət göstərdiyi 40 mininci vətəndaş kimi qeydə alınıb.

1 saylı DOST mərkəzinin direktoru Seymur Alıyev vətəndaşa təşəkkürnamə və simvolik hədiyyələr təqdim edib. Direktor DOST mərkəzinin xidmətlərindən istifadə etdiyi üçün paytaxt sakininə təşəkkürünü bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Rasim Nəbiyev burada göstərilən xidmətin şəffaf, operativ və yüksək səviyyədə olduğunu qeyd edib: “Mən dəfələrlə DOST mərkəzinə üz tutub onun xidmətlərindən istifadə etmişəm. Hər dəfə burada xidmətin yüksək səviyyəsindən və şəffaflığından, operativliyindən, əməkdaşların səmimiyyətindən, müraciət edənlərə nəzakətli münasibətindən çox razı qalmışam. Doğrudan da mərkəzdə hər şey vətəndaş məmnunluğuna xidmət edir”.

R.Nəbiyev cari ildə ölkədə aparılan uğurlu sosial islahatlara, xüsusilə də pensiya və əməkhaqlarının əhəmiyyətli dərəcədə artırıldığına, dövlət sosial xidmətlərinin keyfiyyətinin yüksəldildiyinə və vətəndaşlar üçün rahat xidmət şəraiti yaradıldığına görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.

DOST mərkəzinə 40 mininci vətəndaş müraciəti qeydə alınıb (FOTO) DOST mərkəzinə 40 mininci vətəndaş müraciəti qeydə alınıb (FOTO) DOST mərkəzinə 40 mininci vətəndaş müraciəti qeydə alınıb (FOTO) DOST mərkəzinə 40 mininci vətəndaş müraciəti qeydə alınıb (FOTO) DOST mərkəzinə 40 mininci vətəndaş müraciəti qeydə alınıb (FOTO) DOST mərkəzinə 40 mininci vətəndaş müraciəti qeydə alınıb (FOTO) DOST mərkəzinə 40 mininci vətəndaş müraciəti qeydə alınıb (FOTO) DOST mərkəzinə 40 mininci vətəndaş müraciəti qeydə alınıb (FOTO)


Etiketlər:  DOST mərkəzinə 40 mininci vətəndaş müraciəti qeydə alınıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ